28 sentyabr 2024. Şənbə

"Səudiyyə liqası Niderlanddan güclüdür, Kuman nə danışdığını bilmir"


  • Offside
  • 22:36 27.09.2024
  • Oxunma sayı: 37
"Səudiyyə liqası Niderlanddan güclüdür, Kuman nə danışdığını bilmir"

"Əl-Hilal"ın baş məşqçisi Xorxe Jesus daha əvvəl həmyerlisi Stiven Berqveyni "Ayaks"dan "Əl-İttihad"a keçdiyi üçün tənqid edən Hollandiya millisinə rəhbərlik edən Ronald Kumanın sözlərinə cavab verib.

90deqiqe.Az xəbər verir ki, "A Bola" portuqaliyalı çalışdırıcının dediklərini belə çatdırıb:

“Hollandiya çempionatı Avropanın ən zəif çempionatlarından biridir. Onun [Koeman] Səudiyyə liqasını bilmədiyi üçün belə bir söz deməyə mənəvi haqqı yoxdur. Burada heç bir müqayisə yoxdur, çünki Səudiyyə Ərəbistanı çempionatı Hollandiya çempionatından daha güclüdür”

Kumanın Berqvini tənqid etməsindən sonra cinah oyunçusu onun rəhbərliyi altında oynamaq istəmədiyini bildirib.







Offside