28 sentyabr 2024. Şənbə

"Bütün zamanların ən yaxşı futbolçusu Messidir"


  • Offside
  • 12:05 28.09.2024
  • Oxunma sayı: 7
"Bütün zamanların ən yaxşı futbolçusu Messidir"

"Arsenal"ın çalışdırıcısı Mikel Arteta bütün zamanların ən yaxşı futbolçusunu açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, ispaniyalı mütəxəssis "Sky Sports"a bildirib ki, onun seçimi argentinalı hücumçu Lionel Messidir.

Mütəxəssis qeyd edib ki, bu məsələdə həm onun, həm də oğullarının fikri eynidir.

“Onun oyununun şahidi olmaq bizə nəsib oldu. Mənim üçün Messi həmişə tarixin ən yaxşı futbolçusu olacaq”

Xatırladaq ki, Lionel Messi 2023-cü ilin yayından MLS-də "İnter Mayami" klubunda çıxış edir. Ulduz argentinalı forvard buna qədər PSJ və “Barselona”da çıxış etməyi bacarıb. 2022-ci ildə Messi Argentina millisinin tərkibində Dünya Kubokunu qazandı.







Offside