- Offside
- 14:15 21.11.2024
"İnter Mayami"nin baş məşqçisi Xerardo Martino ulduz argentinalı hücumçu Lionel Messinin fiziki durumundan danışıb.
90deqiqe.Az xəbər verir ki, Martino "ESPN"ə açıqlamasında deyib ki, Messi oynadığı hər matçda daha da yaxşılaşacaq.
Mütəxəssis qeyd edib ki, argentinalı məşqdə fiziki işlə həddən artıq yüklənməli deyil, tədricən oyunun ritminə daxil olmalıdır.
“Leo pley-off matçları üçün yaxşı formada olmalıdır. Buna böyük ümidlərimiz var”
Xatırladaq ki, Lionel Messi bu mövsüm MLS-in adi mövsümündə Mayami klubunun heyətində 15 oyun keçirib, 14 qol vurub və 10 məhsuldar ötürmə edib.