22 noyabr 2024. Cümə

Monteneqroda keçirilən AOK-un 44-cü seminarı işini başa vurub


  • Offside
  • 15:44 28.09.2024
  • Oxunma sayı: 71
Monteneqroda keçirilən AOK-un 44-cü seminarı işini başa vurub

Sentyabrın 27-28-də Monteneqronun Budva şəhərində Avropa Olimpiya Komitəsinin (AOK) 44-cü seminarı keçirilib.

Azərbaycan Milli Olimpiya Komitəsindən 90deqiqe.Az-a verilən məlumata görə, seminarda MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev və xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov təmsil ediblər.

AOK-un prezidenti Spiros Kapralosun, Monteneqro MOK-un prezidenti Dusan Simonovicin də iştirak etdiyi seminarın ilk günündə BOK-un Təşkilat Komitəsi tərəfindən Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarının hesabatları dinlənilib. Ardınca avropalı atletlərin idmandakı nəticələri, “idmanda süni intellektin faydaları”, “İdmanda davamlılıq”, “Gender bərabərliyi” və gələcək inkişaf planları çərçivəsində fikir mübadiləsi aparılıb.

Seminarın ikinci günündə də “idmanda süni intellektin faydaları”, “İdmanda davamlılıq”, “Gender bərabərliyi” ətrafında geniş müzakirələr davam edib. Sonra 2025-ci ildə Gürcüstanın Bakuriani şəhərində keçiriləcək XVII Avropa Gənclərinin Qış Olimpiya Festivalı və Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində keçiriləcək XVIII Avropa Gənclərinin Yay Olimpiya Festivalı, həmçinin Avropa Olimpiya Komitəsinin (AOK) 45-ci seminarı və digər məsələlər də müzakirə olunub.







Offside

Rusiya Suriyanı məğlub etdi
  • Offside
  • 22:48 19.11.2024
Rusiya Suriyanı məğlub etdi