28 sentyabr 2024. Şənbə

“Mahir Muradov Kuboku” uğrunda konkur yarışları keçirilib


  • Offside
  • 18:06 28.09.2024
  • Oxunma sayı: 28
“Mahir Muradov Kuboku” uğrunda konkur yarışları keçirilib

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin açıq manejində “Mahir Muradov Kuboku” uğrunda konkur yarışları keçirilib.

ARAF-ın mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, ötən gün “E”, “L” kateqoriyaları üzrə, bu gün isə “M*” kateqoriyası üzrə yarışlar baş tutub.Turnirdə Azərbaycanın müxtəlif atçılıq klublarının yeniyetmə və yetkin yaş qrupları üzrə idmançıları iştirak ediblər.

“E” kateqoriyası üzrə 90 santimetr hündürlükdə qurulan maneələrdən ibarət yarışda 20 yaşadək idmançılar yaş məhdudiyyəti qoyulmayan atlarla, 20 yaşdan yuxarı idmançılar isə 6 yaşadək olan atlarla iştirak ediblər. 21 idmançının iştirak etdiyi kateqoriyada “Sərhədçi” atçılıq klubunun idmançısı Gülay Fərzəliyeva “Nabab de Belou” ləqəbli atla birinci, “Alma” ləqəbli atla ikinci, “Məktəb” atçılıq klubunun idmançıları Valeriya Roşenko “Şəhzadə” ləqəbli atla üçüncü, Ayan Fərəcova “Tibet” ləqəbli atla dördüncü, “Omar” atçılıq klubunun idmançısı Samira Baxşıyeva isə “Bulud” ləqəbli atla beşinci yeri tutub.







Offside