25 noyabr 2024. Bazar ertəsi

Karlos Alkaras karyerasında 200-cü qələbəsini qazanıb


  • Offside
  • 17:13 29.09.2024
  • Oxunma sayı: 63
Karlos Alkaras karyerasında 200-cü qələbəsini qazanıb

Dünyanın üçüncü raketkəsi, Böyük Dəbilqə turnirlərinin dördqat qalibi, ispan tennisçi Karlos Alkaras karyerasında 200-cü qələbəsini qazanıb.

90deqiqe.Az xəbər verir ki, bu gün, Pekində (Çin) keçirilən ATP-500 turnirində ispaniyalı ikinci mərhələdə hollandiyalı Tallon Qrixporu məğlub edib.

21 yaşlı Karlos Alkaras ATP səviyyəsində 252 oyun keçirib. Dünyanın keçmiş birinci raketkaları arasında yalnız bir tennisçi 200 qələbəlik göstəriciyə ondan tez çatdı - yeddiqat Slam çempionu, amerikalı Con MakEnroe. Buna nail olmaq üçün ona 245 matç lazım olub.

Qeyd edək ki, serbiyalı Novak Cokoviç ilk 200 qələbəsini 274, ispaniyalı Rafael Nadal 255, isveçrəli Rocer Federer isə 302-də qazanıb.







Offside