- Offside
- 18:38 05.10.2024
Azərbaycanın stolüstü tennisçiləri Gürcüstanın Batumi şəhərində təşkil olunan “WTT Youth Contender” turnirində üç mükafat əldə ediblər.
90deqiqe.Az-ın məlumatına görə, beynəlxalq yarışa baş məşqçi Mixail Timofeyev və məşqçi Səbinə Əzizlinin rəhbərliyi ilə qatılan seçmə komanda 1 qızıl, iki bürünc medal qazanıb.
Onur Quluzadə 13 yaşadək idmançilar arasında bütün rəqiblərinə qalib gələrək 1-ci yeri tutub. Eyni yaş qrupunda mübarizə aparan Yağmur Məmmədli 3-cü yerlə kifayətlənib.
Adil Əhmədzadə - Mərziyyə Nurmətova tandemi isə, qarışıq qoşa yarışlarında mükafatçılar sırasında yer alıb. 16 yaşlı idmançılar U-19 yaş dərəcəsində üçüncü yeri tutublar.
Qeyd edək ki, Batumi sınaqlarında ev sahibi Gürcüstanla yanaşı, Azərbaycan, Türkiyə, ABŞ, İngiltərə, İsrail, Qazaxıstan, Özbəkistan, Ukrayna, Belarus və Litva komandaları iştirak ediblər.