22 noyabr 2024. Cümə

Dünya çempionatı: Azərbaycan cüdoçularının ilk rəqibləri bilindi


  • Offside
  • 14:45 01.10.2024
  • Oxunma sayı: 57
Dünya çempionatı: Azərbaycan cüdoçularının ilk rəqibləri bilindi

Tacikistanın paytaxtı Düşənbədə təşkil olunacaq gənc cüdoçular arasında dünya çempionatının püşkatma mərasimi keçirilib.

90deqiqe.Az Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən Azərbaycan idmançılarının da ilk rəqibləri məlum olub.

Yığma yarışda 11 çəki dərəsində 9 oğlan və 4 qız cüdoçu ilə təmsil olunacaq.

Qadınların mübarizəsində Könül Əliyeva (48 kiloqram) belçikalı Viktoriya Sibille, Xədicə Qədəşova (52 kiloqram) türkmənistanlı Maya Nuritdinova, Aydan Vəliyeva (52 kiloqram) bolqarıstanlı Denista Georgiyeva, Fidan Əlizadə (57 kiloqram) gürcüstanlı Nino Tsiklauri / britaniyalı Şarlot Yenman cütünün qalibini sınağa çəkəcək.

Kişilərdə isə Nizami İmranov (60 kiloqram) türkmənistanlı Mekan Ramazanov, İslam Rəhimov (66 kiloqram) ukraynalı Hayik Martirosian, Məhəmməd Musayev (66 kiloqram) litvalı Simas Polikevisius / bolqarıstanlı Boyan Yotov qarşılaşmasının qalibi, Vüsal Qələndərzadə (73 kiloqram) türkmənistanlı Kemal Ovezdurdiyev / rusiyalı Anton Dubikov cütünün ən güclüsü, Süleyman Şükürov (81 kiloqram) tacikistanlı Aminyon Abducəlilzadə / serbiyalı Mixaylo Simin görüşünün qalibi, Tuncay Şamil (90 kiloqram) türkmənistanlı Mamedəli Açildiyev / rusiyalı Eqor Malkin qarşılaşmasının ən güclüsü, Aslan Kotsoyev iranlı Amir Abbas Çopan (90 kiloqram), Əjdər Bağırov niderlandlı Coes Şel (100 kiloqram), Kənan Nəsibov isə gürcüstanlı Tamaz Biqanaşvili (+100 kiloqram) ilə üz-üzə gələcək.

Qeyd edək ki, idmançılar oktyabrın 2-5-də çempionatın fərdi, oktyabrın 6-da isə komanda yarışlarında iştirak edəcəklər.







Offside

Rusiya Suriyanı məğlub etdi
  • Offside
  • 22:48 19.11.2024
Rusiya Suriyanı məğlub etdi