- Offside
- 18:38 05.10.2024
Dünyanın üçüncü raketkəsi, ispaniyalı tennisçi Karlos Alkaras Pekində (Çin) keçirilən ATP-500 turnirində çempion olub.
90deqiqe.Az xəbər verir ki, o, finalda dünya reytinqinin lideri italiyalı Yannik Sinnerə 6:7 (6:8), 6:4, 7:6 (7:3) hesabı ilə qalib gəlib.
Qarşılaşma 3 saat 24 dəqiqə davam edib.
Karlos Alkaras karyerasında 16-cı, bu mövsüm isə dördüncü kubokunu qazanıb.