14 dekabr 2025. Bazar günü

Azərbaycanın sərbəst güləşçiləri beynəlxalq turnirdə 2 gümüş medal qazanıb


  • Offside
  • 20:10 02.10.2024
  • Oxunma sayı: 151
Azərbaycanın sərbəst güləşçiləri beynəlxalq turnirdə 2 gümüş medal qazanıb

Azərbaycanın sərbəst güləşçiləri Rusiyanın Vladiqafqaz şəhərində keçirilən beynəlxalq turnirdə 2 gümüş medal qazanıb.

90deqiqe.Az xəbər verir ki, “Xadartsov qardaşları kuboku” yarışında İslam Bazarqanov (57 kq) və Ağanəzər Novruzov (74 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıblar.

Turnirdə məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında milli komandanın bir neçə üzvü iştirak edib.

Qeyd edək ki, Azərbaycan təmsilçilərindən I dərəcəli hakim Elman İsmayılov ədaləti qoruyub.







Offside