22 noyabr 2024. Cümə

Eto'oya Kamerun matçlarına qatılmaq qadağan edildi


  • Offside
  • 22:06 02.10.2024
  • Oxunma sayı: 73
Eto'oya Kamerun matçlarına qatılmaq qadağan edildi

FİFA İntizam Komitəsi Kamerun Futbol Federasiyasının (FECAFOOT) prezidenti Samuel Eto'onun 6 ay müddətinə Kamerun millisinin oyunlarına qatılmasını qadağan edib.

90deqiqe.Az xəbər verir ki,  buna səbəb onun 2024-cü il sentyabrın 11-də Kamerun və Braziliya komandaları arasında keçirilmiş 20 yaşadək qızlar arasında dünya çempionatının 1/8 final matçındakı davranışıdır. Qadağa nəticəsində Eto'o 6 ay ərzində bütün kateqoriyalar üzrə Kamerunun kişi və qadın millilərinin oyunlarında iştirak edə bilməyəcək.

Eto'o 2021-ci ildən Kamerun Futbol Federasiyasının prezidenti vəzifəsində çalışır. Bundan əvvəl media Samuelin danışılmış oyunları təşkil etməkdə şübhəli bilindiyini yazmışdı. Onun tutduğu vəzifədən getməyə yaxın olduğu qeyd edilib.







Offside

Rusiya Suriyanı məğlub etdi
  • Offside
  • 22:48 19.11.2024
Rusiya Suriyanı məğlub etdi