5 oktyabr 2024. Şənbə

Avro-2025: Azərbaycanın futzal yığması seçmə mərhələyə ilk raunddan başlayacaq


  • Offside
  • 12:58 04.10.2024
  • Oxunma sayı: 45
Avro-2025: Azərbaycanın futzal yığması seçmə mərhələyə ilk raunddan başlayacaq

Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət yığması 2025-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə yanvar ayında start verəcək.

Azərbaycan Futzal Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, reytinq cədvəlinin 27-ci sırasında qərarlaşan milli komanda mübarizəyə bu dəfə ilkin mərhələdən qoşulacaq.

Bu raundun püşkatma mərasimi oktyabrın 31-də keçiriləcək. Püşk öncəsi komandalar artıq səbətlərə bölünüb. 1-ci səbətdə Gürcüstan, Azərbaycan, Şimali Makedoniya, 2-ci səbətdə Kosovo, Litva, Cəbəllütariq, 3-cü səbətdə isə Malta, Almaniya, San-Marino və Estoniya seçmələri yer alıb. Azərbaycan millisi öz qrupunun birinci komandası olacaq.

Reytinq cədvəlində yer alan 35 komandadan 10-u ilkin mərhələdə iştirak edəcək. Onlar 3 qrupda mübarizə aparacaqlar. Qrupların ikisində 3, birində 4 kollektiv yer alacaq. Yalnız qrup birinciləri əsas mərhələyə vəsiqə qazanacaqlar. İlkin mərhələnin görüşləri gələn il yanvarın 21-dən 26-dək oynanılacaq.

Əsas mərhələdə isə 28 komanda 4 qrupda mübarizə aparacaq. Bu mərhələnin oyunları martın 25-30-da baş tutacaq. Yekunda qrup qalibləri final mərhələsinə yüksələcəklər.

Final mərhələsinin matçları gələn il 28 sentyabr – 5 oktyabrda Moldovanın paytaxtı Kişineuda təşkil olunacaq.







Offside