5 oktyabr 2024. Şənbə

Seçmə mərhələ: Çimərlik futbolu üzrə Azərbaycan millisi növbəti oyununa çıxacaq


  • Offside
  • 10:29 05.10.2024
  • Oxunma sayı: 123
Seçmə mərhələ: Çimərlik futbolu üzrə Azərbaycan millisi növbəti oyununa çıxacaq

Çimərlik futbolu üzrə Azərbaycan millisi İspaniyanın Kadis şəhərində keçirilən dünya çempionatının seçmə mərhələsində bu gün növbəti matçına çıxacaq.

90deqiqe.Az xəbər verir ki, A qrupunda mübarizə aparan yığma ikinci görüşündə Gürcüstanla qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 14:45-də başlayacaq.

Sahib Məmmədovun rəhbərlik etdiyi kollektiv ilk turda İngiltərəni 4:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Azərbaycan millisi qrupda son oyununu oktyabrın 7-də İspaniyaya qarşı keçirəcək.







Offside