- Offside
- 19:38 13.12.2024
Hazırda "Əl Hilal"da çıxış edən Neymar Braziliya sahillərində 8,4 milyon avro qiymətində ada almağa yaxındır.
90deqiqe.Az “The Sun” qəzetinə istinadən xəbər verir ki, futbolçu Yapao adasını bəyənib. Bu ada Rio de Janeyro əyalətindəki Anqra dos Reys liman şəhəri yaxınlığında, Sao Paulo və Rio arasında yerləşir.
Adada Neymarı lüks şərait gözləyir: 24.000 kvadrat metrlik ərazidə iki yataq otağı olan İndoneziya üslublu villa və dəniz mənzərəli üç bungalo var. Həmçinin, adanın ortasında ekzotik koi balıqlarının yaşadığı bir gölməçə də mövcuddur. Buraya yalnız qayıq və ya helikopterlə getmək mümkündür.
Braziliyalı jurnalist Leo Diazın verdiyi məlumata görə, futbolçu adada bir ay qalacaq və bu müddət üçün 50 min avro ödəyəcək. Bir müddət əvvəl Neymarın keçmiş sevgilisi, aktrisa və model Bruna Markezini də Yapaoda qalmışdı.