12 noyabr 2024. Çərşənbə axşamı

Əfsanəvi hollandiyalı futbolçu vəfat edib


  • Offside
  • 20:09 07.10.2024
  • Oxunma sayı: 55
Əfsanəvi hollandiyalı futbolçu vəfat edib

Hollandiyanın sabiq futbolçusu Yohan Neeskens 73 yaşında vəfat edib.

90deqiqe.Az-ın “Voetbal International”a istinadən məlumatına görə, Neeskensin səhhəti bazar günü Hollandiya Kral Futbol İttifaqını təmsil etdiyi Əlcəzairdə keçirilən tədbir zamanı pisləşib.

Milli komandanın tərkibində Neeskens iki dəfə Dünya Çempionatında gümüş medal (1974, 1978) və 1976-cı ildə Avropa Çempionatında bürünc medal qazanıb.

O, "narıncılar"ın heyətində 49 oyun keçirib və 17 qol vurub. Klub karyerasında “Ayaks”da yarımmüdafiəçi kimi çıxış edən Neskens üç dəfə avrokubokların qalibi olub. O, həmçinin "Barselona" ilə Kral Kubokunu və Kubok Qalibləri Kubokunu qazanıb. Neskens futbolçu karyerasını bitirdikdən sonra uzun müddət peşəkar futbolda məşqçi kimi çalışıb. 1990-cı illərin sonunda Hollandiya millisində Qus Hiddink və Frank Raykardın köməkçisi olub. Daha sonra o, yenidən Hiddinklə Avstraliya millisində çalışıb və “Barselona” və “Qalatasaray”da Raykardın köməkçisi olub.







Offside

"Əgər 1000-ci qolu vursam..."
  • Offside
  • 14:58 12.11.2024
"Əgər 1000-ci qolu vursam..."