22 oktyabr 2024. Çərşənbə axşamı

Azərbaycan karateçiləri İtaliyada dünya çempionatında iştirak edəcəklər


  • Offside
  • 22:54 07.10.2024
  • Oxunma sayı: 45
Azərbaycan karateçiləri İtaliyada dünya çempionatında iştirak edəcəklər

Azərbaycanın yeniyetmə və gənclərdən ibarət karateçiləri İtaliyanın Venesiya şəhərində dünya çempionatında iştirak edəcək.

90deqiqe.Az xəbər verir ki, yığmamız mundialda 25 nəfərdən ibarət heyətlə baş məşqçi Anar Allahverdiyevin, məşqçilər Seymur Xudaverdiyev və İsmayıl Quliyevin rəhbərliyi altında kumite və kata növlərində mübarizə aparacaq.

Bundan başqa Cahangir Babayev və Vüqar Kərimov hakim qismində Azərbaycanı təmsil edəcək.

Yığmamız yarışa Azərbaycan Karate Fedarasiyasının baş katibi Qabil Sayadovun rəhbərliyi altında yollanıb.

Qeyd edək ki, yarış oktyabrın 9-dan 13-dək davam edəcək.







Offside