- Offside
- 14:15 21.11.2024
Tiranada baş tutacaq qeyri-olimpiya çəkiləri üzrə Dünya çempionatında ölkəmizi təmsil edəcək güləşçilərimiz bəlli olub.
90deqiqe.Az xəbər verir ki, Azərbaycan millisi yarışda 10 idmançı ilə təmsil olunacaq: sərbəst güləşçilər Nurəddin Novruzov (61 kq), Əli Rəhimzadə (65 kq), Orxan Abasov (79 kq) və Aslan Abakarov (92 kq), "klassik"lər Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq), Ülvi Qənizadə (72 kq) və Qurban Qurbanov (82 kq), həmçinin Alena Kolesnik (59 kq) və Elis Manolova (65 kq).
Qeyd edək ki, turnir 28-31 oktyabr tarixində baş tutacaq.