22 oktyabr 2024. Çərşənbə axşamı

Millimizdən dünya çempionatında böyükhesablı QƏLƏBƏ


  • Offside
  • 19:46 08.10.2024
  • Oxunma sayı: 61
Millimizdən dünya çempionatında böyükhesablı QƏLƏBƏ

Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan dünya çempionatının qrup mərhələsində növbəti oyununa çıxıb.

90deqiqe.Az xəbər verir ki, Hindistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız bu görüşdə 16:0 hesabı ilə qalib gəlib.

Rəcəb Fərəczadənin baş məşqçisi olduğu kollektiv ilk oyunda Serbiyanın U-23 yığmasına 1:5 hesabı ilə məğlub olub. Hindistan millisi isə Çexiyaya müqavimət göstərə bilməyib - 1:26.

Qeyd edək ki, Azərbaycan millisi sabah Çexiya ilə üz-üzə gələcək.







Offside