- Offside
- 20:38 02.02.2026
Azərbaycanın çimərlik futbolu millisi İspaniyanın Kadis şəhərində təşkil olunan dünya çempionatının seçmə mərhələsində bu gün 1/8 final matçına çıxacaq.
90deqiqe.Az xəbər verir ki, Sahib Məmmədovun baş məşqçisi olduğu komanda Portuqaliya yığması ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.
Qeyd edək ki, milli seçmə mərhələnin A qrupunda İngiltərə (4:0) və Gürcüstandan (7:2) üstün olub, İspaniyaya (0:7) uduzub.