22 oktyabr 2024. Çərşənbə axşamı

Güləşçilərimiz Bakıda hazırlıq keçirirlər


  • Offside
  • 12:06 09.10.2024
  • Oxunma sayı: 57
Güləşçilərimiz Bakıda hazırlıq keçirirlər

Güləş üzrə milli komandalarımız Bakıda təlim-məşq toplanışı keçir.

90deqiqe.Az xəbər verir ki, qadınlardan ibarət yığma sentyabrın 30-dan hazırlıq prosesinə start verib.

Toplanış oktyabrın 21-dək davam edəcək. Yunan-Roma güləşi üzrə milli oktyabrın 7-də bir araya gəlib. Bu komandanın toplanışı 20 gün davam edəcək. Sərbəst güləşçilər isə sabahdan hazırlıq prosesinə başlayacaq.

Böyüklərdən ibarət komandalar məşqlərini Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında keçir. Taktiki-texniki çalışmalara üstünlük verilən toplanış U-23 Dünya Çempionatına (21-27 oktyabr) və böyüklərin dünya çempionatına (28-31 oktyabr) hazırlıq xarakteri daşıyır.

Qeyd edək ki, hər iki yarış Albaniyanın paytaxtı Tiranada keçiriləcək.







Offside