22 oktyabr 2024. Çərşənbə axşamı

"Əl Nəsr"in futbolçusu sıx oyun qrafikindən narazıdır


  • Offside
  • 13:15 09.10.2024
  • Oxunma sayı: 64
"Əl Nəsr"in futbolçusu sıx oyun qrafikindən narazıdır

 

Son zamanlar futbolçuların matçların sıx qrafiklə oynanılması ilə bağlı narazılıqları artır.

90deqiqe.Az xəbər verir ki, bu barədə “Əl Nəsr”in futbolçusu Aymerik Laporte də mətbuata açıqlamasında sıx oyun qrafiki ilə bağlı narazılığını bildirib.

 “Çox oyun var, belə olmaz. Sıx qrafikdəyik və hədsiz çox matç keçirilir. Bunun qarşısını almaq üçün tətil etmək lazımdır”.

Daha əvvəl Kevin de Bruyne, Alisson Bekker, Rodri kimi futbolçular sıx qrafikdən narazılığını bildirib.

 







Offside