24 mart 2026. Çərşənbə axşamı

“Qarabağ” gerilədi, “Neftçi” isə ...


  • Offside
  • 10:02 10.10.2024
  • Oxunma sayı: 143
“Qarabağ” gerilədi, “Neftçi” isə ...

"Qarabağ" dünya klublarının reytinqində 8 pillə geriləyib.

90deqiqe.Az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) rəsmi saytında məlumat yayıb.

Azərbaycan çempionu 174,75 xalla 60-cı sırada qərarlaşıb. Ölkənin digər təmsilçilərindən "Zirə" (95,75 xal) 10 mövqe irəliləyərək 201-ci olub. 17 pillə artıran "Sabah" isə 411-cidir.

"Neftçi" isə 503 klubun olduğu siyahıdan kənarda qalıb.

Qeyd edək ki, İspaniyanın "Real" komandası (420 xal) liderdir. İngiltərənin "Mançester Siti" klubu (364 xal) ikinci, Almaniya təmsilçisi "Bayer 04" (362 xal) üçüncüdür.







Offside

"Onları yoxlamaq istəyirik"
  • Offside
  • 10:59 24.03.2026
"Onları yoxlamaq istəyirik"