22 oktyabr 2024. Çərşənbə axşamı

Azərbaycanın minifutbol yığması dünya çempionatında 4-cü yeri tutub


  • Offside
  • 19:57 10.10.2024
  • Oxunma sayı: 110
Azərbaycanın minifutbol yığması dünya çempionatında 4-cü yeri tutub

Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan dünya çempionatında üçüncü yer uğrunda oyunda məğlub olub.

90deqiqe.Az xəbər verir ki, Rəcəb Fərəczadənin rəhbərlik etdiyi komanda Serbiya kollektivi ilə qarşılaşıb. Görüş rəqibin 0:3 hesablı qələbəsi ilə yekunlaşıb və millimiz mundialı 4-cü pillədə başa vurub.

Qeyd edək ki, Azərbaycanın U-23 yığması yeni yaradılıb və ilk dəfə dünya çempionatında mübarizə aparıb.







Offside