- Offside
- 15:40 13.11.2024
Bu gün taekvondo üzrə "Ümid-Alpman Open” turnirinin açılış mərasimi keçirilib.
90deqiqe.Az xəbər verir ki, tədbir Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində baş tutub. Mərasimdə Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Hikmət Səmədov, ATF rəsmiləri və fəxri qonaqlar - MMA döyüşçüləri Tofiq Musayev, Vüqar Kərəmov, idman səfiri Fəridə Əzizova, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov iştirak ediblər.
Turnirdə 45 klubdan 649 taekvondoçu, eləcə də Qazaxıstan, Özbəkistan və Gürcüstan idmançıları mübarizə aparır. Yarış oktyabrın 13-də başa çatacaq.