- Offside
- 20:38 02.02.2026
Gənclər Liqasının “Zirə” – “Qəbələ” oyununun nəticəsi ləğv olunub.
90deqiqe.Az xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsi qərar verib.
Buna səbəb Bakı klubunun heyətində adı protokolda qeyd edilməyən 45 nömrəli futbolçunun meydana daxil olmasıdır. AFFA “Zirə”yə 0:3 hesablı texniki məğlubiyyət verib.
Qeyd edək ki, paytaxt təmsilçisi ev oyununda 3:2 hesablı qələbə qazanmışdı.