22 oktyabr 2024. Çərşənbə axşamı

Bu oyunlar ilk dəfə Bakıda keçiriləcək


  • Offside
  • 14:44 11.10.2024
  • Oxunma sayı: 49
Bu oyunlar ilk dəfə Bakıda keçiriləcək

3x3 basketbol üzrə Dünya Kubokunun seçmə mərhələ oyunları ilk dəfə Azərbaycanda keçiriləcək.

Bu barədə 90deqiqe.Az-a Azərbaycan Basketbol Federasiyasının (ABF) mətbuat xidmətindən məlumat verilib.

Bu, ABF ilə Beynəlxalq Basketbol Federasiyası arasında imzalanmış müqaviləyə əsasən mümkün olacaq.

2025-ci il mayın 24-25-də Bakıda gerçəkləşəcək matçlarda 6 kişi və 6 qadın komandası əsas mərhələyə vəsiqə uğrunda mübarizə aparacaq.

İştirakçılar arasında Azərbaycanın həm kişilərdən, həm də qadınlardan ibarət yığmaları da yer alacaqlar.

Qeyd edək ki, kişi və qadın kateqoriyalarında seçmə mərhələ oyunlarının ən yaxşı 3 millisi Dünya Kubokunun əsas mərhələsində iştirak etmək hüququ qazanacaqlar.







Offside