22 oktyabr 2024. Çərşənbə axşamı

Bakıda keçiriləcək Avropa çempionatının təqvimi məlum olub


  • Offside
  • 13:07 12.10.2024
  • Oxunma sayı: 69
Bakıda keçiriləcək Avropa çempionatının təqvimi məlum olub

Avropa Gimnastikası (EG) oktyabrın 16-19-da Bakıda keçiriləcək TeamGym Avropa çempionatının təqvimini təqdim edib.

90deqiqe.Az xəbər verir ki, Milli Gimnastika Arenasında 46 komandada 541 iştirakçı çıxış edəcək.

Avstriya, Azərbaycan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Böyük Britaniya, İslandiya, İtaliya, Lüksemburq, Hollandiya, Norveç, Portuqaliya və İsveç olmaqla 14 ölkəni təmsil edən 304 böyük və 237 yeniyetmə öz bacarıqlarını nümayiş etdirəcək.

Qeyd edək ki, “TeamGym” Avropa gimnastikasının populyarlaşdığı komanda yarışıdır. O, üç kateqoriyada çıxışlardan ibarətdir: “TeamGym” xalçası, tamblinq treki və trampete (kiçik batut).







Offside