22 oktyabr 2024. Çərşənbə axşamı

Stolüstü tennisçilərimiz Avstriyaya yollanıblar


  • Offside
  • 11:30 14.10.2024
  • Oxunma sayı: 43
Stolüstü tennisçilərimiz Avstriyaya yollanıblar

Stolüstü tennisçilərimiz Avropanın böyüklər arasında şəxsi çempionatında iştirak edəcəklər.

90deqiqe.Az xəbər verir ki, seçmə komandamız bu məqsədlə Avstriyaya yola düşüb. Lints şəhərində keçiriləcək yarışda baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi altında Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Nihat Məmmədov və Hilal Həsənov qələbə uğrunda mübarizə aparacaq.

Avropa çempionatı sabah başlayacaq və oktyabrın 20-də başa çatacaq. 

 

 







Offside