22 oktyabr 2024. Çərşənbə axşamı

Yusubov çimərlik güləşində növbəti dəfə dünya çempionu adını qazandı


  • Offside
  • 12:48 14.10.2024
  • Oxunma sayı: 48
Yusubov çimərlik güləşində növbəti dəfə dünya çempionu adını qazandı

Çimərlik güləşi üzrə mövsümə yekun vurulub.

90deqiqe.Az xəbər verir ki, final mərhələsində Azərbaycanı Ramiz Həsənov (80 kq) və İbrahim Yusubov (90 kq) təmsil edib.

Ramiz Həsənov A qrupunda fransalı Huqo Kuenoya (2:0), gürcüstanlı Ramaz Zoidzeyə (4:0) və serbiyalı Milyan Rayiçə (3:0) qalib gələrək qrup lideri kimi yarımfinala yüksəlib. Yarımfinalda Xristoforidis Xristosdan (2:0) güclü olan Ramiz, finalda moldovalı Vasile Diakona (0:2) məğlub olaraq gümüş medal qazanıb.

İbrahim Yusubov isə Trayan Kapatinaya (3:0), ukraynalı Nazar Doda (3:0) və macarıstanlı Patrik Puespoekiyə (3:0) qalib gəlib. Yarımfinalda ukraynalı Oleksey Yakovçuku (3:2) minimal fərqlə üstələyən İbrahim, finalda Kapatinayla bir daha qarşılaşıb və bu dəfə onu 3:1 hesabı ilə məğlub edərək qızıl medal qazanıb.

Nəticədə, Ramiz Həsənov dünya ikincisi, İbrahim Yusubov isə 3-cü dəfə dünya çempionu titulunu qazanıb.

 

 







Offside