- Offside
- 15:08 14.12.2025
Azərbaycanın yeniyetmə fiqurlu konkisürəni Leyli Axundova Macarıstanın paytaxtı Budapeştdə keçirilən "Budapest Trophy Challenger Series" yarışında iştirak edib.
Azərbaycan Qış İdman Növləri Federasiyasının mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, təmsilçimiz qısa və sərbəst proqram üzrə çıxış edərək 112.11 xal toplayıb.
Nəticədə L.Axundova 25 idmançı arasında 15-ci yeri tutub.