22 oktyabr 2024. Çərşənbə axşamı

İdman dırmanması üzrə Açıq Respublika Turniri keçirilib


  • Offside
  • 19:04 14.10.2024
  • Oxunma sayı: 47
İdman dırmanması üzrə Açıq Respublika Turniri keçirilib

Azərbaycan Alpinizm Federasiyası tərəfindən yeniyetmə və gənclər arasında idman dırmanmasının boulderinq növü üzrə təşkil olunan Açıq Respublika Turniri yekunlaşıb.

Federasiyadan 90deqiqe.Az -a verilən məlumata görə, yarışda müxtəlif yaş qruplarına aid idmançılar öz bacarıqlarını nümayiş etdiriblər.

Nazim Yusifzadə, Aliya İbrahimbəyova, Rəsul Nəsir, Emiliya Adigamova və Rozliya Dubençova 1-ci yerə sahib çıxıblar. Fərhad Babayev, Xədicəyi Kübra Axundlu, Anatoli Meniailov, Angelina Yermak, Soel Kim 2-ci, Salima Əliyeva, Murad İbrahimli, Həvva Yambulatova və Dəniz Əliyeva 3-cü olublar.

Gərgin, maraqlı və həyəcanlı keçən yarışın sonunda qaliblər mükafatlandırılıb.







Offside