- Offside
- 14:15 21.11.2024
"Gəncə” VK Azərbaycan Voleybol Federasiyasının “Volleyball Kids” layihəsinin regionlarda təbliği və təşviqi istiqamətində fəaliyyətini davam etdirir.
Belə ki, “Gəncə” VK-nın prezidenti Elvar Osmanov və klubun Voleybol Akademiyasının məşqçisi Nadejda Rudakovskaya ilə birlikdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov ilə görüşüblər.
Görüşdə icra başçısına klubun və akademiyanın fəaliyyəti, yeni mövsümə hazırlıq və qarşıdakı planlar barədə məlumat verilib.
Qeyd olunub ki, əsas məqsəd “Volleyball Kids” layihəsi çərçivəsində 4-6-cı sinif şagirdləri arasında seleksiya xaarakterli seçimlərin aparılması, onların bir araya gətirilib, məşqlərin keçirilməsindən ibarətdir. Regionlarda idmanın voleybol növünə maraq böyükdür. Valideynləri heç bir tərəddüd etmədən övladlarını akademiyanın peşəkar məşqçilərinə həvalə etməyə çağırırıq. Çünki idman sağlam həyat tərzi ilə yanaşı, asudə vaxtın səmərəli təşkili üçün gözəl vasitədir.
İcra başçısı Orxan Abbasov “Gəncə” VK-nın “Volleyball Kids” layihəsinə dəstək verməsini yüksək qiymətləndirib, layihənin Daşkəsəndə təbliği və təşviqi üçün imkanların olduğunu və bu istiqamətdə birgə fəaliyyətin aparılacağını diqqətə çatdırıb.
Görüş zamanı voleybolun regionlarda kütləviləşməsi, əsasən də uşaq voleybolunun inkişaf etdirilməsində əməkdaşlığın perspektivləri müzakirə olunub, atılacaq birgə addımlar və layihələr barədə fikir mübadiləsi aparılıb.
Sonda Orxan Abbasova klubun forması təqdim olunub.