22 oktyabr 2024. Çərşənbə axşamı

“Mingəçevir reqatası-2024” öncəsi iştirakçı komandaların rəhbərləri və hakimlər kollegiyasının iclası keçirilib


  • Offside
  • 21:10 15.10.2024
  • Oxunma sayı: 56
“Mingəçevir reqatası-2024” öncəsi iştirakçı komandaların rəhbərləri və hakimlər kollegiyasının iclası keçirilib

Akademik avarçəkmə, kayak və kanoe üzrə beynəlxalq “Mingəçevir Reqatası-2024” öncəsi iştirakçı komandaların rəhbərləri və hakimlər kollegiyasının iclası keçirilib.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından (AKAF) 90deqiqe.Az-a verilən məlumata görə, tədbirdə yarışın qaydaları komanda təmsilçilərinə ətraflı izah edilib, onları maraqlandıran suallar cavablandırılıb, həmçinin idmançıların çıxış ardıcıllığını müəyyənləşdirən püşkatma mərasimi keçirilib.

Qeyd edək ki, “Mingəçevir Reqatası-2024” beynəlxalq turnirinə oktyabrın 16-da start veriləcək. Yarış ilk dəfə işğaldan azad olunmuş Füzulidə - Aşağı Köndələnçay su anbarında təşkil ediləcək.







Offside