22 oktyabr 2024. Çərşənbə axşamı

Azərbaycan avarçəkəni "Mingəçevir Reqatası"nda qızıl medal qazanıb


  • Offside
  • 12:49 16.10.2024
  • Oxunma sayı: 47
Azərbaycan avarçəkəni "Mingəçevir Reqatası"nda qızıl medal qazanıb

Azərbaycanın üç avarçəkəni "Mingəçevir Reqatası" beynəlxalq turnirində medal qazanıb.

90deqiqe.Az xəbər verir ki, akademik avarçəkmə növündə 2007-ci il təvəllüdlü Amin Ramazanov qızıl medal əldə edib. O, finişə hamıdan birinci çatıb.

Əlimurad Hacızadə 2-ci, Niyaz Məlikov-Elvin Əliyev cütü isə 3-cü olub.

Qeyd edək ki, "Mingəçevir Reqatası"na oktyabrın 18-də yekun vurulacaq.







Offside