6 iyul 2026. Bazar ertəsi

Avropa Kuboku: "Sabah" növbəti oyununu keçirib


  • Offside
  • 21:09 16.10.2024
  • Oxunma sayı: 159
Avropa Kuboku: "Sabah" növbəti oyununu keçirib

“Sabah” basketbol klubu FIBA Avropa Kubokunda növbəti oyununu keçirib.

90deqiqe.Az xəbər verir ki, G qrupunda yer alan Rimas Kurtinaytisin rəhbərlik etdiyi kollektiv Bakıda Yunanıstanın “Marussi” kollektivi ilə qarşılaşıb.

Bakı İdman Sarayında oynanılan qarşılaşma rəqibin 82:70 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan təmsilçisi ilk turda səfərdə Belçikanın "Spiru" komandasına 81:82 hesabı ilə məğlub olub.







Offside