18 oktyabr 2024. Cümə

Avropa çempionatı: Azərbaycan boksçusu bürünc medal qazanıb


  • Offside
  • 16:59 17.10.2024
  • Oxunma sayı: 39
Avropa çempionatı: Azərbaycan boksçusu bürünc medal qazanıb

Azərbaycan boksçusu Marjona Savriyeva Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-23 yaşadək Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

90deqiqe.Az xəbər verir ki, 50 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finala gedən yolda polşalı Dominika Kuçyevska ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə başa çatdığından Azərbaycan təmsilçisi bürünc medalla kifayətlənib.

Qeyd edək ki, bu gün, həmçinin Tural Sarıyev (48 kiloqram), Nicat Hüseynov (51 kiloqram) və Murad Allahverdiyev (80 kiloqram) yarımfinal görüşlərini keçirəcək.







Offside