- Offside
- 21:04 09.12.2024
Bolqarıstanın “Vasil Levski” adına Milli İdman Akademiyasının professoru və idmançısı Daniela Daşova Milli Gimnastika Arenasında Azərbaycanın gimnastika məşqçiləri üçün seminar keçib.
90deqiqe.Az xəbər verir ki, seminar zamanı professor müasir gimnastika metodları, məşq prosesində diqqət yetirilməsi vacib olan nüanslar və beynəlxalq yarışlara hazırlıq mövzularında dəyərli bilik və təcrübələrini bölüşüb.
Bu seminar ölkəmizdə bədii gimnastika sahəsində çalışan məşqçilərin peşəkar inkişafına böyük töhfə verməklə yanaşı, Azərbaycan gimnastikasının gələcək uğurlarına dəstək məqsədi daşıyır.