12 noyabr 2024. Çərşənbə axşamı

“20 yaşımda şəxsi mənzilimin olmasına sevinirəm”


  • Offside
  • 21:35 17.10.2024
  • Oxunma sayı: 73
“20 yaşımda şəxsi mənzilimin olmasına sevinirəm”

Amerikalı tennisçi Kori Qauff özünə ev alıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə US Open – 2023 turnirinin çempionu olan xanım tennisçi sosial şəbəkə hesabında yazıb.

“Uzun aylardan sonra nəhayət ki, özümə ev ala bildim. Bu həyatımdakı yaxşı yeniliklərdən biridir. 20 yaşımda şəxsi mənzilim olduğuna çox sevinirəm. Evimin ən çox xoşuma gələn guşəsini internetdə paylaşmaqla xoşbəxtliyimi ifadə etmək istəyirəm”. - deyə, o, paylaşımında qeyd edib.

Xatırladaq ki, Kori Qauff 2019-cu ildə qadın tennisçilərin yarışdığı WTA-da çıxış edir. Xanım tennisçinin ümumi qazancı hazırda 17 milyon dollar təşkil edir.







Offside

"Əgər 1000-ci qolu vursam..."
  • Offside
  • 14:58 12.11.2024
"Əgər 1000-ci qolu vursam..."