18 oktyabr 2024. Cümə

Messi tarixin ən çox təltif olunan futbolçu mükafatını aldı


  • Offside
  • 09:41 18.10.2024
  • Oxunma sayı: 42
Messi tarixin ən çox  təltif olunan futbolçu mükafatını aldı

“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi tarixin ən çox təltif olunan futbolçu mükafatını alıb.

90deqiqe.Az xəbər verir ki, dünən İspaniyanın "Marca" nəşri 37 yaşlı ulduz oyunçuya futbol sahəsindəki uğurlarına görə xüsusi mükafat verib.

Mərasim “İnter Mayami”nin Fort Lauderdeyldəki ev stadionunda baş tutub. Messi mükafatı “Marca”nın direktoru Xuan İqnasio Qalardo və Amerika klubunun sahibi Xorxe Masdan alıb.

Xatırladaq ki, Messi 2023-cü ilin yay transfer dövründə “İnter Mayami”yə transfer olunub. Argentinalı futbolçu bu mövsüm Amerika klubunun heyətində 18 matçda meydana çıxıb və 17 qol vurub, 10 məhsuldar ötürmə edib. Messinin "İnter Mayami" ilə hazırkı əmək müqaviləsi 2025-ci ilin dekabrına qədərdir. Ümumilikdə, forvardın 46 komanda mükafatı, həmçinin 56 fərdi mükafatı var.







Offside