18 oktyabr 2024. Cümə

Bekhem ona özünü xatırladan futbolçunun adını çəkib


Bekhem ona özünü xatırladan futbolçunun adını çəkib

"Mançester Yunayted", "Real Madrid" və İngiltərə millisinin keçmiş yarımmüdafiəçisi Devid Bekhem hazırkı futbolçulardan kimin ona özünü xatırlatması ilə bağlı açıqlama verib.

90deqiqe.Az-ın məlumatına görə, 49 yaşlı sabiq futbolçu bu barədə Rio Ferdinandın podkastında danışıb.

"Əgər mənə oxşayan bir oyunçu seçməli olsaydım, bu Trent Alexander-Arnold olardı"

Xatırladaq ki, mətbuatda Trent Alexander-Arnoldun mövsüm başa çatdıqdan sonra azad agent kimi "Liverpul"dan "Real Madrid"ə keçməyə razı olduğu haqda xəbərlər yayılıb.

Alexander-Arnold "Liverpul"un yetirməsidir. Bu mövsüm müdafiəçi "qırmızılar"ın heyətində İngiltərə çempionatında 7 oyun keçirib və bu oyunda bir məhsuldar ötürmə edib və iki sarı vərəqə alıb. Trentin transfer dəyəri hazırda ekspertlər tərəfindən 70 milyon avro dəyərində qiymətləndirilir.

 







Offside