22 oktyabr 2024. Çərşənbə axşamı

Cokoviç: “Rəqabətimiz inanılmaz idi”


  • Offside
  • 23:20 19.10.2024
  • Oxunma sayı: 38
Cokoviç: “Rəqabətimiz inanılmaz idi”

Serbiyalı tennisçi Novak Cokoviç karyerasını bitirən Rafael Nadanla bağlı açıqlama verib.

90deqiqe.Az  xəbər verir ki, Cokoviç həmkarı ilə olan rəqabətlərinin inanılmaz olduğunu bildirib.

“Heç bilmirəm hardan başlayım. Bəlkə də Nadanla 2005-ci ildə baş tutan ilk qarşıdurmamızı yada salmaq olar. Kimin ağlına gələrdi ki, 20 ildən sonra bir-birimizlə 60 oyun keçirəcəyik. Rəqabətimiz inanılmaz idi. Sizə böyük hörmətim var. Belə fantastik karyeranıza görə komandanızı və ailənizi təbrik edirəm. Bu sizin haqqınızdır. Rafa oyunumuzdan həzz aldım. Tennisdən əl çəkməyin. Bir az da bizimlə qalın. Mən sizə təşəkkür edirəm”.

“Böyük Dəbilqə”nin 24 qat çempionu bu gün Ər-Riyadda keçirilən irimiqyaslı sərgi turniri olan “Altı Kralın Dəbilqə”sində bürünc medal uğrunda qarşılaşmada Nadana 6:2, 7:6 hesabı ilə gəlib.

 







Offside