- Offside
- 13:25 24.11.2024
“Maklaren” komandasının pilotçusu Lando Norris ABŞ Qran Prisində üçünçü olması ilə bağlı açıqlama verib.
90deqiqe.Az “Sky Sports”a istinadən xəbər verir ki, 24 yaşlı pilotçu Ostində keçirilən turnirin sprint yarışının son dövrəsində ikinci yeri itirməsinə baxmayaraq turnirdəki çıxışından razı qaldığını bildirib.
“Yaxşı yarış oldu. Bunun necə alındığına çox sevindim. Çətin idi. İkinci yeri tuta biləcəyimi düşünürdüm, amma rəqibim Karlos çox yaxşı idi. Qabaq təkərlərim tamamilə köhnəldiyi üçün heç nə edə bilmədim. Məyus sonluqdur, amma yarışın nəticəsindən və toplanan yaxşı xallardan razıyam. Əlimdən gələni etdim. Üçüncü yeri tutduğuma görə xoşbəxtəm”
Xatırladaq ki, Qran Prinin qalibi "Red Bull"un pilotu Maks Verstappen olub. 2-ci yerə "Ferrari" komandasının sürücüsü Karlos Sayns" sahib çıxıb.