22 noyabr 2024. Cümə

Əziz Ələkbərli: “Biz indi daha gözəl, daha abad Füzuliyə qayıdırıq”


  • Offside
  • 18:43 17.10.2024
  • Oxunma sayı: 87
Əziz Ələkbərli: “Biz indi daha gözəl, daha abad Füzuliyə qayıdırıq”

“Azərbaycanın iri və ən qədim yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci ildə qoyulmuşdur. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişdirilərək Füzuli rayonu adlandırılmışdır. Aqrar rayon olan Füzuli tarixən münbit torpaqlarının və işgüzar adamlarının sayəsində həmişə bol məhsul istehsal etmişdir. Füzuli rayonu özünün intibah dövrünü Ulu öndər Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi ötən əsrin 70-ci və 80-ci illərinin əvvəllərində yaşamışdır. 1993-cü ildə rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması ilə rayonun bütün infrastruktur obyektləri yandırılmış və dağıdılmış, iqtisadiyyatı məhv olmuşdur.
Füzuli rayonunun 22 yaşayış məntəqəsi 1994-cü ilin yanvar ayında Ulu Öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti nəticəsində düşməndən azad edilmişdir. Bundan sonra yandırılmış və dağıdılmış infrastruktur obyektləri bərpa olunmağa başlamışdır.

Prezident cənab İlham Əliyev hakimiyyətə gəldikdən sonra rayonun işğaldan azad olunmuş yaşayış məntəqələrində geniş bərpa-tikinti və abadlıq-quruculuq işləri aparılmış, müxtəlif şəhər və rayonlarda məskunlaşan füzulili məcburi köçkün ailələri üçün 17 yeni qəsəbə salınmış , təhsil, səhiyyə, idman, mədəniyyət, digər sosial yönümlü obyektlər tikilmiş, yollar, qaz, elektrik, içməli su xətləri çəkilmiş, digər mühüm infrastruktur layihələri yerinə yetirilmiş, bütövlükdə rayonun sosial-iqtisadi həyatında əsaslı dönüş yaranmış, Horadizə şəhər statusu verilmişdir.

Bu sözləri  millət vəkili, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli söyləmişdir.

Millət vəkili qeyd etmişdir ki, “Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib.

Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edilmişdir. Ermənistanın təxribatlarına cavab olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir.”

Əziz Ələkbərli bildirmişdir ki, “Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olub.







Offside

Rusiya Suriyanı məğlub etdi
  • Offside
  • 22:48 19.11.2024
Rusiya Suriyanı məğlub etdi