24 noyabr 2024. Bazar günü

Azərbaycan boksçuları Monteneqroda dünya çempionatında iştirak edəcəklər


  • Offside
  • 14:55 22.10.2024
  • Oxunma sayı: 62
Azərbaycan boksçuları Monteneqroda dünya çempionatında iştirak edəcəklər

Azərbaycanın gənc boksçuları oktyabrın 23-dən noyabrın 3-dək Monteneqronun Budva şəhərində təşkil olunacaq dünya çempionatında iştirak edəcəklər.

90deqiqe.Az xəbər verir ki, yığma mundialda 13 idmançı ilə təmsil olunacaq.

Məşqçilər korpusu yarışda Bilalhəbaşi Nəzərov (48 kq), Zidan Hümbətov (51 kq), Ömər Aslanlı (54 kq), Tağı Nəsibov (57 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Əli Abdullayev (63,5 kq), Ziya Həsənov (71 kq), Abbasqulu Şadlinski (75 kq), Lalə Mədətova (48 kq), Cəmilə Sultanlı (50 kq), Aynur Mikayılova (57 kq), Qızbəs İsgəndər (60 kq) və Emili Rzayevaya (63 kq) şans verəcək.

Dünya birinciliyində beynəlxalq dərəcəli hakim Emil Qurbanəliyev ədaləti qoruyacaq.

Nümayəndə heyətinə Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin üzvü Rövşən Hüseynov rəhbərlik edəcək.

Qeyd edək ki, yarışda 84 ölkədən 800-dək boksçu mübarizə aparacaq.







Offside