- Offside
- 14:15 21.11.2024
"Barselona"nın sabiq futbolçusu Andres İnyesta Lionel Messinin "İnter Mayami"dəki çıxışından danışıb.
90deqiqe.Az xəbər verir ki, "ESPN" 40 yaşlı sabiq futbolçunun dediklərini belə çatdırıb.
“Deyərdim ki, Messi özünü rahat hiss etdiyi bir mühit tapıb.Məncə, onun bu layihədə hiss etdiyi xoşbəxtlik meydanda da özünü göstərir. Leo ən təmiz formada futboldur"
Qeyd edək ki, hazırda "İnter Mayami" MLS pley-off mərhələsinin ilk oyununa hazırlaşır. Rəqib "Atlanta Yunayted" olacaq.