24 oktyabr 2024. Cümə axşamı

Pelenin oğlu "Qızıl top"u qazanmalı olan oyunçunun adını açıqlayıb


  • Offside
  • 14:39 24.10.2024
  • Oxunma sayı: 31
Pelenin oğlu "Qızıl top"u qazanmalı olan oyunçunun adını açıqlayıb

Əfsanəvi braziliyalı sabiq futbolçunun oğlu Pele bu il “Qızıl top”u kimin qazanmalı olması ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, o,"El Larguero"ya bildirib ki, "Qızıl top" uzun müddətdir braziliyalı futbolçular tərəfindən qazanılmadığı üçün bu il mükafatın "Real Madrid"in forvardı Vinisius Juniora verilməsini çox istərdim.

“Vinisius atamın futbol tarixinə verdiyi töhfəni yaxşı bilir. Ümid edirəm ki, o, bu il “Qızıl top”u qazanar”

Xatırladaq ki, mətbuatda Vinisius Juniorun 2024-cü ildə “Qızıl top”a əsas namizəd olduğu barədə məlumat yayılmışdı. Mükafat üçün digər namizədlər arasında Daniel Karvaxal, Rodri Ernandes və Jude Bellinqhem də var.







Offside

İnyesta Messinin sirrini açıb
  • Offside
  • 17:11 23.10.2024
İnyesta Messinin sirrini açıb