25 oktyabr 2024. Cümə

"Çelsi"nin futbolçusu Seneqalda ilin futbolçusu seçilib


  • Offside
  • 21:22 24.10.2024
  • Oxunma sayı: 19
"Çelsi"nin futbolçusu Seneqalda ilin futbolçusu seçilib

Seneqalda ötən ilin nəticələrinə əsasən ən yaxşı futbolçu müəyyənləşib.

90deqiqe.Az-ın “Senenews”a istinadən məlumatına görə, bu "Çelsi"nin hücumçusu Nikolas Ceksondur.

Səsvermənin nəticələrinə görə, London komandasının hücumçusu 203 səs toplayıb. 23 yaşlı futbolçu səsvermədə "Əl-Hilal"ın müdafiəçisi Kalidou Koulibalini qabaqlayıb.

Həmçinin səsvermənin nəticələrinə görə ilk üçlükdə cəmi 47 səs toplayan “Srvena Zvezda”nın hücumçusu Şerif Ndiaye yer alıb.

Cekson bu il 44 oyuna çıxıb, 17 qol vurub və altı məhsuldar ötürmə ilə yadda qalıb.







Offside