25 oktyabr 2024. Cümə

"Messi həmişə "Qızıl top"a namizədlər arasında olmalıdır"


  • Offside
  • 23:29 24.10.2024
  • Oxunma sayı: 36
"Messi həmişə "Qızıl top"a namizədlər arasında olmalıdır"

"İnter Mayami"nin sol müdafiəçisi Jordi Alba Lionel Messinin "Qızıl top"a iddialılar arasında yer almaması ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, "Inter Miami News Hub" ispan futbolçunun dediklərini belə çatdırıb.

“Keçən il səkkizinci dəfə bu mükafatı qazansa da, bu dəfə o, heç namizəd göstərilən 30 nəfər arasında belə yox idi.Mənim üçün Messi həmişə [namizədlər arasında] olmalıdır. Ola bilsin ki, "İnter Mayami"yə qatıldıqdan sonra o, ciddi hesab edilmir, amma yenə də fərq edir. Mənim üçün o, dünyanın ən yaxşısıdır, buna heç bir şübhə ola bilməz. Leo komandasına dəyər qazandırmağa davam edir və o, hər zaman ən yaxşı olduğunu sübut edir. Amma yaxşı ki, mükafat hələ ona sahib olmayan birinə veriləcək”

"Qızıl top"un qalibi oktyabrın 28-də açıqlanacaq.







Offside