- Offside
- 17:18 23.11.2024
"Real Madrid" və Braziliya millisinin sabiq müdafiəçisi Roberto Karlos irqçilik mövzusu ilə bağlı açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, "AS" nəşri 51 yaşlı sabiq futbolçunun dediklərini belə çatdırıb.
“Mən indiki oyunçulardan daha pis vəziyyətlərlə üzləşmişəm, amma yenə də düşünürəm ki, bütün bu problemlərə meydanda və meydandan kənarda nə qədər tez son versək, bir o qədər yaxşı olacaq. Futbol bir tamaşadır, həzz alın"
Roberto Karlos Real Madriddəki çıxışı ilə tanınır. Bu klubun tərkibində müdafiəçi dörd dəfə İspaniya çempionu olub, üç dəfə Çempionlar Liqasının qalibi olub və ölkə Superkubokunu qazanıb. Roberto Karlos Braziliya millisi ilə birlikdə 2002-ci ildə dünya çempionatının qalibi olub.