25 oktyabr 2024. Cümə

Azərbaycanın 2 boksçusu dünya birinciliyində qələbə qazanıb


  • Offside
  • 17:44 25.10.2024
  • Oxunma sayı: 25
Azərbaycanın 2 boksçusu dünya birinciliyində qələbə qazanıb

Azərbaycanın 2 boksçusu Monteneqronun Budva şəhərində keçirilən gənclər arasında dünya birinciliyində qələbə qazanıb.

90deqiqe.Az xəbər verir ki, Zidan Hümbətov (51 kq) ilk görüşündə Alexandros Mavrommatislə (Yunanıstan) qarşılaşıb.

O, görüşün taleyini ikinci raundda həll edərək tam üstünlüklə qalib gəlib. Hümbətov 1/8 finalda Mateuş Şoçarjla döyüşəcək.

Əli Abdullayev (63,5 kq) isə ikinci qarşılaşmasını aktivinə yazıb. O, 1/16 finalda Malik Suqaypovu (Rusiya) məğlub edib – 4:1 (29:28, 28:29, 29:28, 29:28, 30:27). Boksçumuz növbəti görüşündə Ruslan Qafurovla (Tacikistan) üz-üzə gələcək.

Qeyd edək ki, mundiala noyabrın 3-də yekun vurulacaq.







Offside